Accessibility links

Dalay Lamanın nümayəndələri Çin hökuməti ilə danışıqları sona çatdırıb


Tibetin dini lideri Dalay Lamanın 2 nümayəndəsi Çin hökuməti ilə danışıqlardan sonra Hindistana geri dönüblər. Tibetin mühacirətdə olan hökumətinin sözçüsü Tubten Semfel deyib ki, onlar Çinlə təmasın bərpasından ruhlanıblar. Bununla yanaşı, Çin dövlət mətbuatının məlumatına görə, keçən həftə danışıqlar zamanı Pekin rəsmiləri Tibetin suverenliyi barədə Çinin heç bir güzəştə getməyəcəyini bildirib. Şinhua xəbər agentliyi danışıqlardan məsul departamentin rəhbəri Du Qinqlinə istinadən bildirib ki, Çin müzakirələrə açıq deyil və Tibetin müxtariyyət əldə etməsinə dair heç bir güzəştə getməyəcək.
XS
SM
MD
LG