İrana vizasız rejim Azərbaycan jurnalistlərinə şamil edilməyəcək. Bu məlumatı ANSPress Agentliyi İranın Bakıda səfərdə olan xarici işlər naziri Həsən Qaşqaviyə istinadən bildirir.
Azərbaycanda səfərdə olan İran xarici işlər nazirinin müavini Həsən Qaşqavi Bakıda İranın səfirliyinin yeni binasının açılışında iştirak edib.
Nazir müavini bildirib ki, Azərbaycana səfərində məqsəd səfirliyin binasının açılış mərasimində iştirak etmək, Ayətullah Xomeyninin 31 il əvvəl Fransadan İrana qayıdışının ildönümü ilə bağlı tədbirə qatılmaqdır.
Onun sözlərinə görə, İrana səfər edəcək Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi gündən qüvvəyə minib.
Nazir müavininin sözlərinə görə, viza rejiminin ləğvi barədə qərar İrana səfər edəcək Azərbaycan jurnalistlərinə şamil edilməyəcək: "Jurnalistlər üçün viza ləğv olunmur, onlar İrana getmək üçün viza almalıdır".
Həsən Qaşqavi İranın səhiyyə naziri xanım Dəscidinin gələn həftə Bakıya gələcəyini deyib. O, həmçinin qeyd edib ki, gələn ay Azərbaycan və İran parlament rəhbərlərinin görüşü olacaq.