Pakistanda nəzarət altına alınan
amerikalı 5 terror şübhəlisi günahsız olduqlarını və məhbəsdə ABŞ
təhqiqatçıları və Pakistan polisi tərəfindən işgəncələrə məruz qaldıqlarını
bildiriblər. Polis maşınında Sarqodha şəhərindəki məhkəməyə gətirilən 5 şübhəli
jurnalistlərə kağız parçası atıb. Şübhəlilər kağızda yazıblar ki, ABŞ Federal
Təhqiqatlar Bürosu və Pakistan polisi onlara işgəncə veriblər. Kağızda habelə
deyilir ki, polis şübhəliləri ailələrindən və mətbuatdan uzaq saxlayır.
İddiaları rədd edən ABŞ səfirliyinin sözçüsü Riçard Snelsayr onları əsassız
adlandırıb. Pakistan polisi də işgəncə ittihamlarını rədd edib.