Accessibility links

Əfqanıstanın Helmənd vilayətində genişmiqyaslı hərbi əməliyyatlar keçirilməsi planlaşdırılır


Birləşmiş Ştatlar və Əfqanıstan hərbi qüvvələrinin minlərlə əsgərinin Talibanın nəzarətində olan Helmənd vilayətinin Mərjah bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayacaqları bildirilir. Bu, ABŞ prezidenti Barak Obamanın bölgəyə əlavə 30 000 hərbi qüvvə göndərməsindən bəri ən iri hücumlardan biri olacaq. Lakin rəsmilər əməliyyatların nə zaman başlanacağı barədə məlumat verməyiblər.

NATO rəsmilərinin bildirdiyinə görə, Əfqanıstanın zorakılıqların baş alıb getdiyi cənub bölgəsində həyata keçirilən bomba hücumu 2 ABŞ əsgərinin ölməsinə səbəb olub.

Bu arada isə Əfqanıstan prezidenti Həmid Karzayın Talibanla bağlı məsələni müzakirə etmək üçün Səudiyyə Ərəbistanında kral Abdullah ilə görüşdüyü bildirlir.

XS
SM
MD
LG