Accessibility links

Sudan lideri genosid üzrə ittiham oluna bilər


Sudan prezidenti Ömər əl Bəşir yenidən Beyəlxalq Cinayət Məhkəməsində genosid ittihamları ilə üzləşə bilər. Məhkəmənin appelyasiya palatası hakimlərə göstəriş verib ki, 2009-cu ildə Bəşirə qarşı Sudanın Darfur regionunda genosid törətmək barədə ittihamlar irəli sürülməməsi barədə qərarlarını nəzərdən keçirsin. Məhkəmənin prokurorları genosid barədə ittihamlar irəli sürərək cənab Bəşirin Darfurdakı üç etnik qrupu məhv etmək istədiyini bildirirlər. Ötən il onlar cənab Bəşirə qarşı genosid ittihamı irəli sürmək üçün kifayət qədər dəlil olmadığını əsas götürərək onu müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərdə ittiham etmişdilər.
XS
SM
MD
LG