Accessibility links

Dəyirmi Masa: 'Cənubi Qafqaz regionunda təhlükəsizlik və təhdidlər'


“Bu gün universal dəyərlər sisteminə baxış məsələsində Rusiya ilə Qərb dünyasını ayıran mühüm cəhətlər var”. Bu sözləri Amerikanın səsinin “Cənubi Qafqaz regionunda təhlükəsizlik və təhdidlər” başlıqlı dəyirmi masa söhbəti zamanı politoloq Qabil Hüseynli deyib. Onun fikrincə, regionda bu iki qüdrətin müştərək maraqlarının olması mümkün olmadığından Cənubi Qafqazdakı münaqişələrin həlli də çətin vəziyyətə düşür.

Dəyirmi masa söhbərinin digər qonağı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun oruclu isə deyir ki, Rusiya bu gün Avropada enerji bazarında monopolis mövqeyini qoruyub saxlamağa çalışır. O deyir ki, Qərb Qafqazda münaqişlərin həllində maraqlı, Rusiya isə tam əksinə, bu münaqişələrin həllində maraqlı olmadığına görə tərəflər arasında ortaq marağın formalaşması mümkün deyil.

Qabil Hüseynli bildirir ki, Avrasiya regionunda Avropaya təhlükə yaradan hazırkı münaqişə ocaqlarına nəzər salanda belə bir mənzərə yaranır. Kosovo yəni Balkan münaqişəsi, Dnestryanı münaqişə, Qafqaz regionunda Gürcü-Rus və Ermənistan-Azərbaycan münaqişələri və ən əsas iki müharibə ocaqları İraq və Əfqanıstan. Onun sözlərinə görə, Avropaya başlıca hədələr Post Sovet ölkələri ərazilərdəki münaqişələrdir. “Qafqazdakı münaqişələr isə xüsusilə enerji təhlükəsizliyi baxımında və Rusiyanın regionda təsir gücü baxımından qitəyə təhdidlər yaradır”-deyə o bildirir.

Ərəstun Oruclunun sözlərinə görə isə, Rusiya Qafqazda münaqişələr yaratmaqla, bu münaqişələri idarə etməklə Cənubi Qafqaz ölkələrini özünün təsir dairəsində və öz təzyiqi altında saxlamağa çalışır. Birləşmiş Ştatların dövlət katibinin müavini Ceyms Steynberq Qafqaza səfəri Rusiya maraqları ilə ziddiyyət təşkil edirmi sualına isə cənab Oruclu əslində belə səfərlərin ziddiyyət təşkil etməməli olduğunu bildirib. “Ancaq bu səfərin Rusiya reallığı baxışından Moskvanın maraqları ilə üst-üstə düşməyə bilər”-deyə o bildirir.

XS
SM
MD
LG