Accessibility links

Dinləyici məktubları


Arif Məmmədov aldı dinləyicimiz yazır ki, ona ABŞ-da Nəzəri Fizika İnistitunda labaratoriyası ilə əməkdaşlıq etmək istəyir.

Zaur isə Müdafiə Sənayesi Nazirliyində işdən qanunsuz çıxarılmasına görə müraciət etdiyinin deyir və bizə əmək hüquqlarının pozulduğunu bildirir.

Özünü Orxan kimi təqdim edən digər dinləyicimiz isə bizə Azərbaycanın Gəncə şəhərindən yazdığını, orada sürücülük vəsiqəsi almaq üçün ən azı 840 Azərbaycan manatı istənildiyini deyir. Onun sözlərinə görə, polis məmurları bu məbləği kağız və ya mirkokalkulyatorun motinoruna yazıb göstərir.

Vüsal adlı izləyicimiz saytımızda Seyid CƏfər Pişəvəri barədə olan məqələyə şərhində yazır ki,Pişəvərinin dövründə, yəni 1945-ci ildə iran dövləti çərçivəsində Azərbaycana muxtariyyət verilsəydi hazırda şimallı-cənublu Azərbaycan İranın tərkibində ola bilərdi. Onun sözlərinə görə, Pişəvəri hərəkatına farsların mənfi baxması bir daha bunu sübut edir.

Almaniyadan Qarevi adlə oxucumuz isə İran daxilindəki çəkişmələrə öz mövqeyini bildirir. O deyir ki, İranda müxalifət yoxdur, baş verən hadisələr rejimin qanadları arasında olan pul, mövqe çəkişməsidir. Oxucumuzun fikrincə bu insanlar rejimin qurulmasında, saxlamılmasında ortaq olan şəxslərdir və onlar beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Onun sözlərinə görə, belə cinayətkarları demorkat adlandırmaq İrandakı etnikləri aldatmaq deməkdir.

Digər bir xəbərə şərh bildirən bu oxucumuz yazır ki, Əl-Qaidənin terrorçu fəaliyyətləri dünya ictimaiyyətində belə bir düşüncə yaradıb ki, hər bir partlayış islamçı terrorçuluqdur. O Çeçenistandan misal göstərərək Dudayevin zamanında başlayan mübarizənin azadlıq və müstəqillik savaşı olduğunu yazir. “Bunun islamçılıqla əlaqəsi yoxdur”-deyə Qarevi bildirir.

Qasım adlı oxucumuz isə Amerikanın səsinin Azərbaycan Təhsil naziri ilə apardığı müsahibəyə sərt reaksiyasını bildirir.

Azərbaycandan İlham Məmmədli edam hökmünə öz münasibətini bildirir. O deyir ki, edam ömürlük həbs cəzasından daha yüngül cəzadır. CƏnab Məmmədlinin sözlərinə görə, Humanistliyindən və ya anti-humanistliyindən asılı olmayaraq qanunların aliliyi təmin olunan ölkədə yaşamaq daha asan olur. Onun fikrincə sərt cəza cinayətkarlığı azaltmır. Oxucu şərhində yazır ki, heç bir insan anadan qanun qaydaya tabe və ya cinayətkar olaraq doğulmur. “Bu məsələdə ailə və ətrafdakıların mənəviyyat meyarı, davranış nümunəsi, eləcədə, cəmiyyətdə sosial ədalətin səviyyəsi həlledici rola malikdir”-deyə o bildirir.

Azərbaycandan Asif isə yazır ki, İran mollalarına atom bombası vermək olmaz. “Amerika düz edir”-deyə o, şərhini başa vurur.

Rusiyadan oxucumuz isə bildirir ki, çox az sayda xalqlardanıq ki,iki yerə bölünmüşük. Bunun səbəbini imperiyalarda görən Şah İsmayıl təxəllüslü oxucu Şimali Azerbaycan musteqillik qazanandan sonra ona rehberlik edenlerin Azərbaycanda çox iş görülməsinə imkan vermədiyini yazır. O, bunda Qərb dövlətlərini də günahlandırır. Oxucu deyir ki, Əgər onlar bu hakimiyyətin başını sığallamasaydılar, Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlı olsaydılar, indi hadisələr tamam fərqli istiqamətdə cərəyan edərdi.

XS
SM
MD
LG