Accessibility links

ABŞ-da işsizlik 9.7 faizə düşüb


ABŞ-da işsizlik yanvar ayında 9.7 faizə düşüb ki, bu da son beş ayda ən aşağı göstəricidir. Cümə günü Əmək Nazirliyi tərəfindən açıqlanmış hesabatda deyilir ki, ötən ay ərzində Amerikada 20,000 iş yeri itirilib. Son iki il ərzində ardıcılı olaraq iqtisadiyyat iş yerləri itirməkdə davam edib. Lakin bəzi iqtisadçılar gözləyirdilər ki, yanvarda əlavə iş yerləri qazanılacaq. Bu ilin böyük kəsimi müddətində işsizliyin 10 faiz civarında qalacağı gözlənilir. Bu, son 26 ildə ən pis göstəricidir.
XS
SM
MD
LG