Accessibility links

Şimali İrlandiyada mühüm razılıq əldə olunub


Britaniya və İrlandiya baş nazirləri bu gün Şimali İrlandiyada katoliklərlə protestantlar arasında koalisiya hökumətinin qurulması barədə mühüm razılığa gəliblər. Qordon Braun və onun irlandiyalı həmkarı Brayan Kauen Belfast şəhərində protestantları təmsil edən Demokratik İttifaqçılarla aparıcı İrlandiya katolik partiyası olan Şinn Fayn arasında saziş əldə olunduqdan sonra görüşüblər. Hakimiyyətin yerli hökumətlərə ötürülməsi aprelin 12-i üçün nəzərdə tutulub. Baş nazir Braun deyib ki, razılıq Şimali İrlandiya tarixində yeni səhifə açır.
XS
SM
MD
LG