Pakistan rəsmiləri bildirirlər ki, bu gün Kəraçidə bir-birinin ardınca baş verən
partlayışlar nəticəsində azı 22 nəfər həlak olub. Rəsmilər deyirlər ki, şiə
zəvvarlarını ziyarətgaha aparan
avtobusda baş verən birinci partlayış 12 nəfərin həlak olmasına bais olub. Hökumət sözçüsü deyib ki, ikinci partlayışın
xəstəxananın təcili yardım palatasında baş verməsi nəticəsində 10 nəfər həlak
olub. Rəsmilər bu iki hadisədə azı 50 nəfərin yaralandığını bildirirlər.