Accessibility links

İran məhkəməsi sabiq xarici işlər nazirinin müavinini 6 il həbs cəzasına məhkum edib


İran məhkəməsi sabiq xarici işlər nazirinin müavini Möhsen Əminzadənin keçən ilin iyun ayıdakı prezident seçkiləri zamanı zorakılıqlarla nəticələnən nümayişlərdə əli olduğunu deyərək, onu 6 il müddətinə həbs cəzasına məhkum edib. İranın dövlət mediasının açıqladığı xəbərdə cənab Əminzadəyə qarşı hökmün bu gün çıxarıldığı deyilir. Cənab Əminzadənin vəkili ona qarşı İranıntəhlükəsizliyinə hədə və İslam hökumətinə qarşı gizlində təbliğat kimi ittihamlar irəli sürüldüyünü deyib.

İran müxalifətinin veb səhifəsində açıqlanan digər xəbərdə isə son iki gündə azı 9 jurnalistin həbs edildiyi bildirilir. Müxalifət lideri Mir Hüseyn Musəvinin Kaleme.com səhifəsində İran hökumətinin son günlərdə 55 media işçisini həbs etdiyi deyilir.


XS
SM
MD
LG