Accessibility links

Pakistan polisi mehmanxanaya hücum planının üstünü açıb


Pakistan polisi amerikalıları qətlə yetirmək məqsədilə lüks mehmanxanada hücum həyata keçirməyi planlaşdıran altı nəfəri həbs etdiklərini bildirir.

Rəsmilər Taliban militantları olduqlarından şübhəli altı nəfəri bu gün Lahor şəhəri yaxınlığında saxlayıblar. Onların bildirdiyinə görə, aralarında bir yeniyetmə oğlanın olduğu qrupun üzvləri intiharçı gödəkçəsi və 26 qumbara daşıyırdı.

Rəsmilər xaricilər arasında populyar Perl Kontinental mehmanxanasında hücum həyata keçirməyi planlaşdırırdı.

Bu arada, Ravalpindidə polis silahlı şəxslərin keçmiş hökumət nazirinə hücum etdiyini, onun yaralandığı, iki mühafizəçininsə öldüyünü bildirib.

XS
SM
MD
LG