Deyilənlərə görə son günlər 90 sm-dən çox yağan qar və güclü çovğundan sonra Birləşmiş Ştatların paytaxtında ikinci çovğun gözlənilir. Artıq iki gündür ki, federal idarələr bağlıdır. Vaşinqton bölgəsində ictimai nəqliyyatın fəaliyyəti də mürəkkəb vəziyyət alıb. Yolların çoxu hələ də təmizlənməyib, metro məhdudiyyətlərlə işləyir. Milli Hava Bürosunun bildirdiyinə görə, bu gün və sabah ölkənin şimal-şərqində 25 sm-dən 50 sm-ə qədər gözlənilən qar vəziyyəti daha da mürəkkəbləşdirəcək. Merelend, Vircinia, Qərbi Vircinia, Nyu Jersy və Delavear ştatlarında on minlərlə insanın elektriksiz qaldığı, qarın ağırlığına davam gətirməyən bəzi evlərin damlarının çökdüyü bildirilir.