Accessibility links

Asim Mollazadə: Azərbaycan və İsrail gələcəkdə viza rejimini aradan qaldıra bilər 


Azərbaycanın Demokratik İslahatlar partiyasının sədri, Milli Məclisin Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin üzvü Asim Mollazadə “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanın İsrail tərəfinin Fələstin lideri Mahmud Abbasla birbaşa danışıqlara başlamaq istəyi barədə çağırışını çatdırmasının mümkünlüyünü real sayır. Amma onun fikrincə, Azərbaycan İsraillə Fələstin arasında vasitəçilik missiyasını üzərinə götürməməlidir. “Azərbaycan bu missiyanın böyük çətinlikləri ilə üzləşə bilər”.
Deputat Azərbaycanla İsrail arasında viza rejiminin aradan qaldırılmasını real sayır. “Bunun üçün Azərbaycan və İsrail ilk olaraq diplomatik pasport daşıyanların vizasız gedişi barədə razılığa gəlib”.
Cənab Mollazadə İsrail-Azərbaycan yaxınlaşmasının İran tərəfindən qısqanclıqla qarşılanmasına da münasibət bildirib. “Azərbaycan xarici siyasət kursunu heç bir dövlətin təsiri ilə müəyyən etmir. İranın da Ermənistanla sıx münasibətləri Azərbaycanı narahat edir”.
Partiya sədri İranın nüvə proqramının region üçün təhlükələrindən danışarkən deyib ki, buna münasibətdə “Azərbaycanın mövqeyi dünyanın mövqeyi ilə üst-üstə düşür”.

XS
SM
MD
LG