Accessibility links

Yuliya Timoşenko siyasi rəqibini kəskin tənqid edib


Ukraynanın baş naziri Yuliya Timoşenko bazar günü keçirilən ikinci tur prezident seçkilərində siyasi rəqibi Viktor Yanukoviçə məğlub olduqdan sonra ilk dəfə etdiyi çıxışında onu kəskin tənqid edib.

O, kabinetinin iclasından öncə bildirib ki, onun rəqibi olan prezidentliyə namizəd Viktor Yanukoviç və onun partiyası seçki zamanı saxta vədlər verib.

Xanım Timoşenko seçkilərdə məğlub olması il bağlı bir söz deməyib, lakin onun baş yardımçısı Oleksander Turchinov müxbirlərə bildirib ki, onun vəzifəsindən isrefa vermək niyyəti yoxdur.

Cənab Yanukoviç xanım Timoşenkonu vəzifəsindən istefaya çıxmağa səsləyərək bildirib ki, ölkəyə başqa bir siyasi böhran lazım deyil. İlk rəsmi hesablamaların nəticəsinə əsasən, xanım Timoşenko seçkilərdə təxminən 3,5 faiz səs fərqi ilə məğlub olub.

XS
SM
MD
LG