Accessibility links

ABŞ İran hökumətinin vətəndaşlarının dünya ilə əlaqələrini kəsmək istədiyini deyir


Birləşmiş Ştatlar bildirib ki, dünən keçirilən nümayişlər barədə məlumatların yayılmasının qarşısını alması İran hökumətinin "öz xalqından qorxduğunu" göstərir. Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü P. J. Kroulinin dediyinə görə, İranda baş verənlərin yayımlanmaması üçün yerli peyk televiziyası, telefonlar və internet şəbəkələrinin bağlanması barədə məlumat alınıb. Tehranda İslam Respublikasının təməlinin qoyulmasının 31-ci ildönümünə həsr edilmiş yürüşlərlə hökumətə qarşı nümayişlər eyni vaxta təsadüf edib. P. J. Krouli deyib ki, İran hökuməti informasiya mənbələrini bağlamaqla etirazçıların bir-biri ilə əlaqədə lmalarına maneə törətmək istəyib.

Ağ Evin sözçüsü Robert Gibs isə İranın öz vətəndaşlarının dünya ilə əlaqələrini tam kəsdiyini deyib və əlavə edib ki, dünya ictimaiyyəti İran hökumətindən vətəndaşlarının hüquqlarını tanımasını istəyir.

XS
SM
MD
LG