Accessibility links

ABŞ İranın iddialarını rədd edir


Birləşmiş Ştatlar İranın uranın zənginləşdirilməsi səylərində nəzərə çarpacaq inkişaf əldə etməsi iddiasını rədd edib. Ağ Evin sözçüsü Robert Gibbs dünən bildirib ki, İran prezidenti Mahmud Əhmədinejadın dediklərinin çoxu doğru deyil və İran liderinin ən son bəyanatı fizikaya yox, siyasətə əsaslanır. Dünən səhər saatlarında cənab Əhmədinejad deyib ki, İran indi uranı demək olar ki, nüvə silahı əldə etmək üçün lazım olan dərəcədə zənginləşdirmək qabiliyyətindədir. O əlavə edib ki, Tehranın belə bir addım atmaq planı yoxdur. Reuters xəbər agentliyinə müsahibədə İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi bildirib ki, ölkəsi uranı 100 faiz zənginləşdirmək qabiliyyətinə malikdir. Ekspertlər deyir ki, nüvə silahı əldə etmək üçün uranı 90 faiz zənginləşdirmək kifayət edir.
XS
SM
MD
LG