<!-- IMAGE -->İranın ali insan haqları rəsmisi deyir ki, onun ölkəsi
İranda həbs edilmiş 3 amerikalının ailəsinin yaxınları ilə görüş xahişini
nəzərdən keçirir. Məhəmməd Cavad Laricani bu gün Cenevrədə jurnalistlərə bildirib
ki, xahiş məktubunu 2-3 həftə əvvəl Tehrandakı İsveçrə səfirliyi onun idarəsinə
təqdim edib. İsveçrə Tehranda ABŞ-ın konsulluq maraqlarını həyata keçirir,
çünki Birləşmiş Ştatlarla İran arasında diplomatik əlaqələr mövcud deyil.
Laricani həmçinin dediyinə görə, onun idarəsi məsləhət görüb ki, ailələrinin
onları ziyarət etməsi üçün təhlükəsizlik rəsmiləri və hakimlər xahişi nəzərdən
keçirməlidir.