Accessibility links

ABŞ nüvə enerjisi istehsalını artırmağı planlaşdırır


ABŞ nüvə enerjisi istehsalını artırmağı planlaşdırır
ABŞ nüvə enerjisi istehsalını artırmağı planlaşdırır

ABŞ prezidenti Barak Obama bildirib ki, son 30 ildə ölkədə ilk nüvə elektrik stansiyasının inşası üçün vəsait ayrılması xarici neftdən asılılığın azaldılması səylərinin başlanğıcıdır.

Prezident Corciya ştatının Atlanta şəhərində iki yeni nüvə reaktorunun inşası üçün hökumətin 8 milyard dollar məbləğində kredit ayırdığını elan edib.

Bu gün Vaşinqton yaxınlığında treyninq mərkəzində danışan cənab Obama deyib ki, ABŞ təmiz enerji yaradaraq, xarici neft idxalından asılılığı azaltmaq üçün daha çox iş görməlidir. O xəbərdarlıq edib ki, Çin də daxil olmaqla, başqa ölkələr nüvə enerjisi sahəsinə investisiyaları artırıb və ABŞ-ın bu sahədə geri qala bilmək təhlükəsi mövcuddur.

XS
SM
MD
LG