<!-- IMAGE -->Rusiya
və Almaniya bildirir ki, İran mübahisəli nüvə proqramına görə, BMT-nin əlavə
sanksiyaları ilə üzləşə bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü
Andrey Nesterenkonun sanksiya qətnaməsi barədə hazırda BMT Təhlükəsizlik
Şurasında iş aparılmadığını deməsinə baxmayaraq, o deyib ki, mümkün sanksiyalar
istisna olunmur.Almaniya kansleri Angela Merkelin sözçüsü Ulriç Vilheymin
sözlərinə görə, İranın davam edən təkidi beynəlxalq ictimaiyyəti əlavə
sanksiyaların tətbiqinə məcbur edə bilər. Beynəlxalq Atom Enerjisi Agentliyi ilk
dəfə dünən İranın nüvə silahı üzərində iş apara bilməsindən narahat olduğunu bildirib.
Rusiya və Almaniya İranın yeni sanksiyalarla üzləşə biləcəyini deyir