Accessibility links

Yuliya Timoşenko seçkilərin nəticələrilə bağlı iddiasını geri götürdü


Yuliya Timoşenko seçkilərin nəticələrilə bağlı iddiasını geri götürdü
Yuliya Timoşenko seçkilərin nəticələrilə bağlı iddiasını geri götürdü

<!-- IMAGE -->

Ukraynanın Baş naziri Yuliya Timoşenko rəqibinin prezident seçkisində qələbəsilə bağlı hüquqi qaydada qaldırdığı iddianı geri götürərək deyib ki, həqiqəti aşkar etmək üçün məhkəməyə inanmaq mümkün deyil.

Timoşenko bu gözlənilməz addımı bu gün Kiyevdə məhkəməyə gəldiyi zaman atıb. Dünən xanım Timoşenko məhkəməni Ukraynada onun pozuntularla keçdiyini dediyi ikinci raund prezident seçkisilə bağlı bütün dəlilləri nəzərdən keçirməyə çağırmışdı.

Məhkəmə baş nazirin gələn həftə onun rəbiqi Viktor Yanukoviçin inaqurasiyasını saxlamağa dair iddiası ilə bağlı dinləmələr keçirmişdi.

Xanım Timoşenkonun qərarını elan etməsi prezident seçilmiş Viktor Yanukoviçin inaquarasiyasına yol açır.

Rusiya prezidenti Dmitri Medvedev bu gün telefon söhbəti zamanı cənab Yanukoviçi qələbə münasibətilə təbrik edib. Telefon söhbətindən sonra Kreml cənab Yanukoviç inmart ayının əvvəlində Rusiyaya səfər edəcəyini elan edib.





XS
SM
MD
LG