<!-- IMAGE -->İran aşağı səviyyədə zənginləşdirilmiş uranı yüksək dərəcəli nüvə yanacağı müqabilində dəyişməyə hazır olduğunu deyir, lakin bildirir ki, bu, İran ərazisində baş verməlidir. İran hökuməti təklifi bu gün irəli sürüb. Bu, Beynəlxalq Atom Enerjisi Agentliyinin İrana uranının zənginləşdirmək üçün xaricə göndərmək barədə təklifinə ilk rəsmi cavabıdır. Fevralın əvvəlində İran bildirmişdi ki, o, uranı daha yüksək dərəcəyə zənginləşdirməyə başlayıb. Qərb qüdrətləri narahatdır ki, bu növ inkişaf İrana atom bombası əldə etmək imkanı verə bilər.