Accessibility links

Türkiyədə yüksək rütbəli 7 hərbi zabit barədə qətimkan tədbiri seçilib


Türkiyədə yüksək rütbəli 7 hərbi zabit barədə qətimkan tədbiri seçilib
Türkiyədə yüksək rütbəli 7 hərbi zabit barədə qətimkan tədbiri seçilib

<!-- IMAGE -->

Türkiyə məhkəməsi silahlı qüvvələrin yüksək rütbəli yeddi zabitini islam təmayüllü hökuməti devirməkdə ittiham edib. Türkiyə mediasının məlumatına görə, dörd admiral, bir ordu generalı və iki polkovnik barədə qətimkan tədbiri seçilib. Bazar ertəsi günü rəsmilər “Balyoz” əməliyyatı əsasında 49 hərbi fiquru çevriliş cəhdində şübhəli bilərək nəzarət altına almışdı. Türkiyə silahlı qüvvələrinin rəsmilər özlərinin dediyi kimi, bu “ciddi vəziyyət”imüzakirə etmək məqsədilə yüksək səviyyəli hərbiçilərin iştirakı ilə iclas keçirib. Türkiyə mətbuatı bildirir ki, 2003-cü ildə haşırlanmış plana məscidlərdə bomba yerləşdirmək və Yunanıstanı Türkiyənin qırıcı təyyarəsini vurmağa təhrik etməklə hökumət daxilində qeyri-stabillik yaratmaq daxil idi. Kütləvi həbslər Türkiyənin islam təmayüllü hakim partiyası ilə özünü dünyəviçi ənənələrin mühafizəçisi hesab edən hərbi qüvvələr arasında gərginliyin dərinləşdiyini göstərir.

XS
SM
MD
LG