<!-- IMAGE -->
Nigeriya rəsmilərinin bildirdiyinə görə, prezident Umaru Yar Aduanın uzun müddətdir davam edən xəstəliyinə görə, ölkədə hakimiyyətə rəhbərliyi vitse-prezident Qudlak Conatan davam edirəcək. Prezidentin sözçüsü Olisequn Adeniyi bu bəyanatı bu gün, üç ay Səudiyyə Ərəbistanındakı xəstəxanada müalicə olunan prezident Yar Aduanın ölkəsinə dönməsindən sonra verib. Bəyanatda prezidentin səhhətinin xeyli yaxşılaşdığı deyilsə də, cənab Yar Adua tamamilə sağalmayınca, ölkəni vitse-prezident Conatanın idarə edəcəyi bildirilir. Bu gün vətənə qayıdan prezidentin Abuja hava limanından təcili yardım maşını ilə aparıldığı xəbər verilir.