Türkiyə siyasi liderləri ölkənin hərbi qüvvələrinin komandanı ilə görüşərək hökumətin dövlət çevrilişində ittiham edərək yüksək rütbəli zabitləri nəzarət altına almasını müzakirə edib.
Hərbi rəsmilərin kütləvi həbsindən sonra İslam təmayüllü hökumətlə dünyəviçi silahlı qüvvələr arasında gərginliyin artmasından sonra Türkiyə baş naziri Rəcəb Təyyip Ərdoğan və prezident Abdulla Gül Silahlı Qüvvələrin baş qərargah rəisi İlkər Başbuğla görüşüb.
Bu görüş İstanbul məhkəməsinin əlavə 8 rəsmi barədə qətimkan tədbiri seçməsindən sonra keçirilib. Qərar həbsə alınanların sayını 20-yə çatdırıb.
Türkiyə mətbuatı bildirir ki, 2003-cü ildə haşırlanmış plana məscidlərdə bomba yerləşdirmək və Yunanıstanı Türkiyənin qırıcı təyyarəsini vurmağa təhrik etməklə hökumət daxilində qeyri-stabillik yaratmaq daxil idi.