Accessibility links

Yaponiya və Rusiya sahillərinə çatan sunami gözlənildiyindən daha zəif olub


Yaponiya və Rusiya sahillərinə çatan sunami gözlənildiyindən daha zəif olub
Yaponiya və Rusiya sahillərinə çatan sunami gözlənildiyindən daha zəif olub

Çilidə güclü zəlzələ nəticəsində yaranmış sunami Yaponiya və Rusiya sahillərinə yaxınlaşsa da, dalğalar gözlənildiyindən kiçik olduğuna görə heç bir zərər və tələfat olmayıb.

Yaponiyada sunaminin üç metrə çata biləcəyilə bağlı qorxulara görə şərq sahillərində yüz minlərlə insanın daha yüksək yerlərə yerləşməsi haqda göstəriş verilmişdi.

Filippin, Tonqa, Samoa, Yeni Zelandiya və Rusiyada sahil bölgələrində yaşayan on minlərlə insan evakuasiya edilmişdir.

Yaponiyada şimalda yerləşən Hokkaydo adasında dalğaların maksimum bir metrdən bir qədər yuxarı olduğu aydın olduqdan sonra xəbərdarlıq səviyyəsi azaldılmışdır. Burada sunami sellərə səbəb olsa da, heç bir zərər verməyib.

Rusiya və başqa ölkələrdə sahillərə çatan dalğalar yüksək olmadığı üçün xəbərdarlığı aradan qaldırmışdır.

XS
SM
MD
LG