Accessibility links

İranda film rejissoru ailəsi ilə birlikdə həbs edilib


İranda film rejissoru ailəsi ilə birlikdə həbs edilib
İranda film rejissoru ailəsi ilə birlikdə həbs edilib

<!-- IMAGE -->

İran müxalifətinə məxsus veb səhifəsində bildirilir ki, evində reyd aparılan beynəlxalq laureat rejissor Cəfər Pənahi nəzarət altına alınıb. Məlumata görə, Pənahi dünən axşam yoldaşı, qızı və evində olan 15 qonaqla birlikdə həbs edilib. Həbsin nə səbəbdən baş verməsi barədə məlumat verilməyib. Pənahi İran cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb edən işlərinə görə bir sıra beynəlxalq festivallarda mükafatlarla təltif olunub. Onun son iki filmi “Dairə” və “Ofsayd” İrandakı qadınların həyatından bəhs edir. Fevral ayında Pənahinin Berlin film festivalına getməsinin qarşısını almaq üçün, onun ölkədən çıxmasına qadağa qoyulmuşdu.

XS
SM
MD
LG