Accessibility links

“Erməni Soyqırım”ı məsələsi ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində səsə qoyulur


“Erməni Soyqırım”ı məsələsi ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində səsə qoyulur
“Erməni Soyqırım”ı məsələsi ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində səsə qoyulur

<!-- IMAGE -->

1915-ci ildə Osmanlı İmperiyasının Anadoluda yaşayan ermənilərin bir hissəsinin, öz yurdlarından köçürülməsi barədə tarixdə “Erməni Təhciri” olaraq yer almış qərarını və onu təqib edən, 1923-cü ilə qədər baş vermiş hadisələri soyqırım adlandırmaq məsələsi barədə qanun layihəsi ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində sabah səsə qoyulacaq. Komitə tərəfindən təsdiq edilsə belə layihə Nümayəndələr Palatası tərəfindən həmçinin Senatın müvafiq komitəsi və Senat tərəfindən təstiq edilməlidir.

Ermənilərin genosid günü olaraq elan etdikləri 24 Aprelə yaxın tarixlərdə Nümyəndələr Palatası və Senatın xarici işlər komitələrində gündəmə gətirilən erməni soyqırım iddiaları barədə qanun layihəsi bu il gözləniləndən daha əvvəl Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə salınıb.

Amerikadakı erməni diasporu və erməni təşkilatları layihənin komitədə qəbulu üçün gərgin fəaliyyət göstərirlər. Türk təşkilatları da layihənin rədd olunmasına çalışırlar. Bu il də Türkiyə parlamentindən bir heyət məsələ barədə xüsusi ilə konqresin nümayəndələri ilə müzakirələr aparmaq və qanun layihəsinin komitə və ümumiyyətlə konqres tərəfindən rədd edilməsinə nail olmaq üçün Vaşinqtondadır Ermənistan parlamentindən də bir qrup qanunverici layihənin təstiq olunmasına dəsdək məqsədilə qonqresin üzvləri ilə görüş üçün Vaşingtona gəlib. Erməni tərəfi soyqrımın bir fakt olaraq qəbul olunmasını istəyir. Türk tərəfi isə 'Erməni Təhciri' qərarının o zamanda Rusiya ilə davam edən müharibənin zəruri bir nəticəsi olduğunu ermənilərin köçürülməsinin soyqırım məqsədi daşımadığını deyir. Türk tərəfi 'Erməni Təhciri' zamanı, köçürülən Ermənilərin bir hissəsinin, o zamanki şəraitin nəticəsi olaraq köçürülmə zamanı həlak olduğunu qəbul etməklə bir yerdə ermənilərin irəli sürdükləri rəqəmlərin şişirdildiyini deyir. Ermənilər isə təhcir qərarının soyqırımı məqsədi ilə qəbul edildiyini irəli sürür və 1915-ci illə 1923-cü illər arasında həlak olan Ermənilərin sayının milyon yarım olduğunu deyir.

Türkiyə Böyük Millət Məclisinin Çankırı vilayətindən Millətvəkili hazırda ABŞ-da səfərdə olan Suat Kınıklıoğlu deyir ki, onlar bu il qanun layihəsinin hətta xarici əlaqələr komitəsində belə rədd edilməsinə çalışacaqlar.
“Cənab Kınıklı oğlu deyir ki, Konqresdəki görüşləri zamanı belə nir qanun layihəsinin iki ölkə əlaqələrinə zərər verəcəyini və Amerikanın milli maraqlarına xidmət etməyəcəyini anladacaqlarını qeyd edib”. Türkiyə tərəfi erməni soyqırım iddialarını qəbul edən bir qanun layihəsinin qəbul olunmasının Türkiyə-Ermənistan yaxınlaşması barədə protokolun Türkiyə parlamenti tərəfindən təstiq olunmasına da mənfi təsir edə biləcəyini irəli sürür.
Xatırladaq ki, keçən illərdə də Erməni soyqırım iddiaları ilə əlaqədar qanun layihələri Qonqresin Komitələrində müzakirə edilib. Keçmişdə belə qanun layihələrinin qəbul edilməsinin və ya səsə qoyulmasının qarşısının alınmasında administrasiyanın müdaxiləsi mühüm rol oynayıb.

XS
SM
MD
LG