<!-- IMAGE -->Həbsdə olan
neft maqnatı Mixail Xodorkovski xəbərdarlıq edib ki, əgər ədliyyə sistemi islah
olunmasa onda Rusiyanı zorakı iğtişaşlar gözləyir.Sabiq milyarder, indi müflis olmuş Yukos
Neft Şirkətinin keçmiş prezidenti bu xəbərdarlığı Nezavisimaya Qazetada yazdığı
məqalədə açıqlayıb.Məqalə Avropa İnsan Haqları Məhkəməsinin Yukosun Rusiya hökuməti tərəfindən qeyri-qanuni olaraq
dağıdılması ilə bağlı şikayəti dinləməsi ərəfəsində dərc olunub.Xodorkovski və onun biznes tərəfdaşı Platon
Lebedev 2005-ci ildə vergidən yayınma və fırıldaqçılıq ittihamı ilə 8 illik həbs
cəzası çəkirlər.Ona qarşı irəli
sürülmüş yeni ittihamlar əsasında məhkum edilərsə, Xodorkovskini əlavə 22 il
həbs cəzası gözləyir.