<!-- IMAGE -->
İraqda sabah mühüm seçkilərdən öncə bu gün Nəcəf şəhərində turistləri daşıyan iki avtobusda baş vermiş partlayış nəticəsində dörd nəfər həlak olub, 50-dən çox adam yaralanıb.
İraq rəsmiləri bildirir ki, hücum hər il ölkənin özündən və İrandan milyonlarla zəvvarın ziyarət etməyə gəldiyi İmam Əlinin məqbərəsi yaxınlığında baş verib. Rəsmilərin bildirdiyinə görə, ölən dörd nəfər İranlı turistlərdir.
Bundan öncə, rəsmilər partlayış nəticəsində iki iranlı və bir iraqlının öldüyünü bildirmişdilər.
Hücum dünən ƏL-Qaidə ilə əlaqəsi olan qrupun xəbərdarlıq etməsindən sonra baş verir. İraqda islam dövləti qrupu səsverməyə gedən hər bir adamın risk qarşısında olduğunu bildirmişdi.
İraqın İran və Suriya ilə sərhəddində təhlükəsizliyin gücləndirildiyi xəbər verilir.