Accessibility links

Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Əfqanıstanda hərbi nümayəndələrlə görüşüb


Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Əfqanıstanda hərbi nümayəndələrlə görüşüb
Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Əfqanıstanda hərbi nümayəndələrlə görüşüb

<!-- IMAGE -->

Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts keçən il ölkənin cənubunda Taliban militantlarına qarşı geniş miqyaslı əməliyyatlar keçirən Birləşmiş Ştatların Əfqanıstandakı ordu nümyəndələri ilə görüşüb. Ordu qarşısındakı çıxışı zamanı o, hərbçilərə deyib ki, onlar tezliklə müharibənin həlledici mərhələsinə daxil olacaqlar.

Əsgərlərlə bu gün Qəndəhar şəhərindən 50 km məsafədə, Birləşmiş Ştatlar hərbi qərargahında görüşən cənab Geyts onların fəaliyyətlərini yüksək qiymətləndirib. Keçən il bu qərargahın yaralılara qarşı keçirdiyi əməliyyatlar zamanı 22 əsgər ölmüş, 62 əsgər yaralanmışdı.

Cənab Geytsin eləcə də Helmənd vilayətində Taliban yaraqlılarına qarşı mübarizə aparan Birləşmiş Ştatlar və Britaniya hərbi qüvvələrinin generalları ilə görüşdüyü deyilir.

XS
SM
MD
LG