<!-- IMAGE -->
Əfqanıstanın Qəndəhar vilayətinin qubernatoru dünən azı 35 nəfərin ölümü ilə nəticələnən cilsilə intiharçı hücumlarından sonra bölgəyə əlavə hərbi qüvvə göndərilməsi barədə müraciət edib. Rəsmilər Taliban yaraqlılarının əsas hədəf həbsxana olmaqla, şəhərdə beş hücum həyata keçirdiklərini bildirmişlər. 2008-ci ildə həyata keçirilən buna bənzər hücum zamanı yaraqlılar yüzlərlə məhbusu azad etməyə nail olmuşdular. Bu dəfə isə həbsxanaya hücum yaraqlılar üçün nailiyyətsizliklə başa çatmışdır.
Hücumlar zamanı ölənlər arasında 13 polis işçisinin və 22 mülki vətəndaşın olduğu, 57 nəfərin isə yaralandığı deyilir. Bu gün Qəndəhardakı inşaat şirkəti yaxınlığında baş verən partlayış zamanı isə 5 nəfərin yaralandığı xəbər verilir.