Ağ Evin yüksək səviyyəli rəsmisi bu gün bildirib ki, İsrailin mübahisəli Şərqi Qüdsdə daha çox yaşayış binası inşa etməsi Yaxın Şərq sülh prosesinə mane olacaq addım kimi qiymətləndirilir.
ABŞ prezidentinin müaşivi Deyvid Akselrod bu gün bildirib ki, İsrailin planı sülh və sabitlik ideyalarını dəstəkləyən hər bir şəxsdə narahatlıq yaradır.
İsrail keçən həftə 1967-ci ildə Ərəb-İsrail müharibəsi zamanı hərbi qüvvələrin işğal etdiyi Şəqri Qüdsdə 1600 yeni evin inşa ediləcəyini elan edib. Fələstinlilərin Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı olmasını istəyirlər.
İsrail planı ABŞ-ın vitse-prezidenti Co Baydenin səfəri zamanı, fələstinlilərin İsraillə birbaşa danışıqlara hazır olduqlarını deməsindən dərhal sonra açıqlayıb.
Fələstinlilərin prezidenti Mahmud Abbas İsraildən sülh danışıqlarının yenidən başlamasından öncə bütün tikinti işlərini dondurmasını tələb edib.