Accessibility links

BMT Baş katibi İsraili yeni yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb


BMT Baş katibi İsraili yeni yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb
BMT Baş katibi İsraili yeni yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb

BMT-nin Baş Katibi Ban Ki Mun deyib ki, işğal edilmiş ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşası planı qeyri qanunidir və onların genişləndirilməsi işləri mütləq dayandırılmalıdır.

Yaxın Şərq üzrə beynəlxalq dördlük də dünən Moskvada bu haqda açıqlama verib.

Cənab Ban Ki Mun bu gün mətbuat kofransında deyib ki, bu razılıq Fələstin ərazisinin işğalına son qoymalı və Qüdsün həm İsrail , həm də Fələstin dövlətinin paytaxtı olmasını əhatə etməlidir.

BMT Baş katibi bu gün səhər İordan çayı qərb sahilinin paytaxtı Ramallah şəhərində Fələstin muxtar idarəsinin baş naziri Salam Fəyyadla birlikdə yəhudi yaşayış məntəqələrinə baxıb. Onun İsrailə və işğal edilmiş Fələstin ərazisinə iki günlük səfəri bu gün başlayıb. Cənab Ban baş nazir Fəyyada bildirib : “ Dördlük həyat əhəmiyyəti müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.”

Cənab Ban İsrail rəsmilərilə də görüşəcək. Onun həmçinin keçən il İsrailin Qəzza zolağında genişmiqyaslı hücumundan sonra Qəzza sakinlərilə həmrəylik nümayiş etdirmək məqsədilə oraya səfəri planlaşdırılıb. Bu diplomatik addım İsrailin işğal etdiyi Şərqi Qüdsdə 1600 yeni ev inşa etmək planına görə gərginlik və zorakılıqların artdığı vaxt atılır.

İsrailin Şərqi Qüdsdə 1600 evin inşası planı beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilir.

Bu arada, Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi George Mitchelin israillilər və fələstinlilər arasında sülh danışıqlarına yenidən başlanaq məqsədlə bu yaxınlarda regiona səfər edəcəyi bildirilir.

XS
SM
MD
LG