Accessibility links

ABŞ-ın keçmiş prezidentləri Corc Buş və Bil Klinton Haitidə bərpa işlərinin gedişi ilə tanış olurlar


ABŞ-ın keçmiş prezidentləri Corc Buş və Bil Klinton Haitidə bərpa işlərinin gedişi ilə tanış olurlar
ABŞ-ın keçmiş prezidentləri Corc Buş və Bil Klinton Haitidə bərpa işlərinin gedişi ilə tanış olurlar

<!-- IMAGE -->

Birləşmiş Ştatların keçmiş prezidentləri Bil Klinton və Corc Buş zəlzələdən sonra dağlımış ölkədə bərpa səylərinə yardım məqsədilə Haitiyə birgə səfər edirlər.

Onlar bu gün Port-o-Prensdə zəlzələnin ciddi zərər vurduğu prezident sarayında Haiti prezidenti Rene Prevalla görüşmüş, bundan sonra isə zəlzələ nəticəsində evsiz qalmış insanların yaşadığı çadır şəhərciyinə getmişlər.

On minlərlə haitili yanvar ayında 7 bal gücündə zəlzələdən sonra hələ də çadırlarda yaşayır. Pis sanitariya şəraitində yaşayan insanların aprel ayında yağış mövsümü başlayanda sel təhlükəsi qarşısında qalacağı gözlənilir.

Keçmiş prezidentlər zəlzələdən sağ çıxmış insanlar və yardım qrupları ilə görüşlər keçirəcək və uzun müddətli bərpa səylərindən danışacaqlar.

Prezident Barak Obama cənab Klinton və cənab Buşa Haitidə uzun müddət üçün bərpa və yardım səylərinə rəhbərlik etmək və maliyyə vəsait toplamaq kampaniyası aparmaq işlərini tapşırmışdır.

Klinton Buş Haiti fondu bərpa səyləri üçün milyonlarla dollar vəsait toplamşdır.

XS
SM
MD
LG