Accessibility links

Şimali Koreyada saxlanan amerikalının adı açıqlandı


Şimali Koreyada saxlanan amerikalının adı açıqlandı
Şimali Koreyada saxlanan amerikalının adı açıqlandı

<!-- IMAGE -->

Onu tanıyanlar deyir ki, Şimali Koreyaya qeyri-qanuni daxil olmaq maddəsi ilə mühakimə edilən ABŞ vətəndaşı dərin etiqadlı xristiandır, lakin bəzi sosial çatışmazlıqları var. Aycalon Mahli Qomesin sabiq iş yoldaşları artıq iki aydır Şimali Koreya rəsmiləri tərəfindən saxlanılan şəxsin məhz onun olduğunu öyrənməkdən şoka düşüblər.

Şimali Koreya mediası ABŞ vətəndaşının həbsini yanvarın sonunda açıqlayıb, lakin dünənə qədər onun kimliyi barədə məlumat verilməmişdi. 30 yaşlı Qomes Massaçusetsin Boston şəhərindəndir.

Şimali Koreya bildirir ki, o, yanvarın 25-də qeyri-qanuni yolla Çindən ölkəyə daxil olub.

Qomes iki il bundan öncə Cənubi Koreyaya ingilis dili öyrətmək məqsədilə gəlmişdi. Qomeslə birgə eyni şəhərdə dərs deyən amerikalı Cered Lyons Qomesi dindar adam kimi təsvir edir.

“Aycalon həmişə İncili paylaşmağı sevərdi,” deyə o, bildirir.

Eyni zamanda Lyons Qomesin insanlarla normal yola getməkdə çətinliklərlə üzləşdiyini söyləyir.

Qomesin başına gələnlər Şimali Koreyaya Milad günü keçmiş 28 yaşlı Robert Parkı xatırladır. Xristianlığı yaymaq məqsədilə Şimali Koreyaya daxil olan Park ötən ay azad olunub. Dostları onun Şimali Koreyada əsirlikdə olarkən işgəncələrə və seksual təcavüzə məruz qaldığını deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG