<!-- IMAGE -->
Qəzza Zolağında məskunlaşan Fələstinli yaraqlıların İsrailin cənubuna raket hücumuna cavab olaraq İsrail Qəzza Zolağında silah anbarını hədəf alan hava hücumu həyata keçirib. İsrail bildirir ki, təyyarələr Qəzzanın şimalında Cəbəliyyə qaçqın düşərgəsində şübhəli silah anbarını atəşə tutub. Dünən səhər isə Qəzzadakı yaraqlılar İsrail şəhəri olan Aşkelonu raket hücumuna məruz qoymuşdular. Dağıntılar və itkilər barədə heç bir məlumat verilməyib. İsrail ordusu deyir ki, Qəzza yaraqlıları mart ayının 18-dən bəri 11 raket atıb. İsrail raket hücumlarına görə 2007-ci ildə Fələstinlilər ərazilərinə nəzarəti ələ alan Həmas yaraqlılarını günahlandırır.