Çinin vitse prezidenti Hu Szintao ölkədə hakim kommunist partiyasının rəhbəri tə’yin edilib. Pekində partiyanın bir həftədir sürən qurultayından sonra kommunist partiyası 59 yaşlı cənab Hu başda olmaqla, liderlərin “dördüncü nəslinin” adlarını açıqlayıb. Bu tə’yinatla Hu Szintaonun gələn ilin əvvəli Szenq Zemin təqaüdə çıxdıqda Çinin yeni prezindeti olmasına yol açılır. Bu ilk dəfədir ki, Çin kommunist partiyasında rəhbərlik liderin ölümü, ya da partiya daxilində çevriliş nəticəsində dəyişmir. Hu Szintao partiyaya rəhbər tə’yin edilməklə yanaşı, həm də Çin hərbi qüvvələrinin başçısı olaraq qalır. Birləşmiş Ştatlar Hu Szintaonun Çin kommnuist patiyasının rəhbəri tə’yin edilməsi münasibətilə təbrik etmiş və yeni rəhbərliklə insan hüquqları, din azadlığı məsələlərinin həlli və iqtisadi sahədə əməkdaşlığı davam etdirəcəyini bildirmişdir.