Accessibility links

Ukrayna prezidenti Leonid Kuçma NATO-nun zirvə toplantısında soyuq qarşılanıb - 2002-11-22


Prezident Kuçma sammitin işində onun təşkilatçıları tərəfindən xəbərdarlıq almasına baxmayaraq iştirak edir. Xəbərdarlığa səbəb Birləşmiş Ştatların Ukrayna prezidentinin İraqa qeyri-qanuni olaraq radar satışına razılıq verməsini iddia etməsi olmuşdur. Mətbuat konfransında NATO-nun baş katibi Corc Robertson Leonid Kuçmanın sammitin iştikraçılarının şərəfinə ziyafətdə və görüşdə iştirak etdiyi təsdiqləmişdir. Ziyafətdə prezident Kuçmanın Birləşmiş Ştatlar prezidenti Buş və Britniyanın baş naziri Bleyerdən aralı oturması üçün masalarda adların yazılışında NATO-nun ikinci rəsmi dili olan fransız dilindənn istifadə edilmişdir. İngilis dilində Birləşmiş Ştalar, Birləşmiş Kralllıq və Ukraynanın adları “U” hərfi ilə göstərilir.

XS
SM
MD
LG