NATO-nun zirvə toplantısından sonra Sankt Peterburqa səfər edən prezident Buş və onun Rusiyalı həmkarı Vladimir Putin İraqı BMT-nin tərksilah haqda qətnaməsini qəbul etməyə çağıraraq bildiriblər ki, əks təqdirdə Baqdad ciddi nəticələrlə üzləşəcək.
Prezident Buş və Rusiya prezidenti Vladimir Putin bu bəyanatla Sank-Peterburgda keçirdikləri görüş zamanı çıxış ediblər. NATO üzvləri Praqa zirvə toplantısında İraqı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırmışlar. Rusiya prezidenti Putin Birləşmiş Ştatların təkbaşına İraqa hücum etməməli olduğunu bildirib. Vladimir Putin təklif edib ki, terrorçularla əlaqələri olduğundan şübhələnilənildiyi üçün Səudiyyə Ərəbistanı, Pakistan və Əfqanıstan da beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdırlar. Prezident Buş Vladimir Putinə Rusiyanın NATO-nun genişlənməsindən narahat olmamalı olduğunu söyləyib. Görüş zamanı dövlət başçıları İraq və NATO-nun genişlənməsindən başqa, beynəlxalq terrorizm və ikitərəfli münasibətləri də müzakirə ediblər. Prezident Buş bu gün axışam Litva paytaxtı Vilnusa səfər edəcək. O, şənbə günü Estoniya, Latviya və Litvalının lidelərilə. Vaşingtona qayıtmazdan əvvəl Amerika prezidenti Rumıniyaya səfər edəcək.