Accessibility links

İraqın tərkisilahı qlobal terrorizm problemini həll etməyəcək - 2002-11-23


Rusiyanın Xarici İşlər Naziri İqor İvanov deyir ki, İraqın tərksilah edilməsi qlobal terrorçuluğun problemlərini həll etməyəcək. Cənab İvanovun bu bəyanatı prezident Buş və onun rusiyalı həmkarı Putinin birgə bəyanatlarından bir gün sonraya təsadüf edir. Prezidentlər İraqın tərksilahına çağıraraq bildirmişlər ki, əks təqdirdə Baqdad ciddi nəticələrlə üzləşəcək. Cənab İvanov demişdir ki, beynəlxalq ictimaiyyət terroprçuluqla mübarizə üçün hərtərəfli əməkdaşlıq aparmalıdır. Terrorçuların harada olmalarından asılı olmayaraq, onların özlərini təhlükəsiz hiss etməməli və kütləvi qırğın silahlarına malik olmamalıdır. Cənab İvanov beynəlxalq ictimaiyyəti İraq probleminin həlli ilə terrorçuluğa son qoyulacağı xəyalına qapılmamağa çağırmışdır. O, bu bəyanatla bu gün Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin yığıncağında çıxış etmişdir.

XS
SM
MD
LG