Accessibility links

BMT nümayəndəsi Özbəkistanda məhbuslara işgəncə verilməsi faktlarını araşdıracaq - 2002-11-25


BMT-nin işğəncələrin təhqiqatı ilə məşğul olan yüksək səviyyəli nümayəndəsi Teo van Boven Özbəkistanda polisin həbsxanalarda məhbuslara işğəncə verməsi və məhbusları qətlə yetirməsi haqda faktları öyrənmək məqsədilə ölkədədir. Teo van Boven iki həfə Özbəkistanda qalaraq həbsxanalara gedəcək, rəsmi nümayəndələr, insan hüquqları müdafiəçiləri və işğəncə qurbanları ilə görüşəcək. Lakin bə’zi hüquq müdafiəçiləri müəyyən mə’lumatların BMT nümayəndəsindən gizlədiləcəyindən qorxurlar. Onların bildirdiyinə görə, e’tirazlarını bildirən bə’zi məhbuslar Teo van Bodenin gedəcəyi həbsxanalaradan artıq başqa yerlərə köçürülmüşlər. BMT nümayəndəsinin səfəri qərb ölkələri, o cümlədən, Birləşmiş Ştatların Özbəkistanda insan hüquqları ilə bağlı vəziyyətdən narahatlıqlarının artması dövrünə təsadüf edir.

XS
SM
MD
LG