Accessibility links

Prezident Buşin Ramazan Məsaji - 2002-12-04


Mən, Müqəddəs Ramazan ayının bitməsi və orucluq bayramı münasibətilə dünya msəlmanlarını təbrik edirəm.

Allah Quranı ramazan ayında Məhəmməd peyğəmbərə nazil etmişdi Quranın surələri bu ay ərzində xüsusi diqqət və ehtiramla oxunmuşdur. Orucluq müsəlmanların düşüncələrini inama və ürəklərini mərhəmət işlərə sərf etməyə yönəltmişdir.

Dünyanın müsəlmanları ehtiyacı olanlara mərhəmət və kömək əllərini uzaltmışlar. Allahın səxavətini hər kəsə çatdırılması üçün yemək, paltar və puldan ibarət hədiyyələr paylamışlar. Müsəlmanlar dözümlük rəmzi olan iftar süfrəsinə başqa dinə mənsub olan insanları da dəvət etmişlər.

Hər bir ölkə orucluğun bitməsini özünəməxsus qeyd edir.

Bu bayramın ruhu bizi ölkəmizdə və dünyada yaşayan bir milyardan çox müsəlmana ümid və təsəlli verməyə dəvət edir. Ramazan ayı həmçinin islamın zəngin mədəniyyətini yada salmaq üçün yaxşı bir fürsətdir.

Amerikanın müsəlmanları ticarət, elm, hüquq, səhhiyyə, təhsil və digər sahələrdə çalışırlar. Silahlı qüvvələrimizin və hökumətimizin müsəlman üzvləri müvəffəqiyyətlə öz Amerikalı həmvətənlərinə xidmət göstərirlər, dünyada sülhü qoruyurlar, ölkəmizin azadlıq və ədalət ideyalarını yüksəklərə qaldırırlar.

Xanım Laura Buş mənim ilə birlikdə Amerika və bütün dünya müsəlmanlarını bu müqəddəs bayram münasibətilə təbrik edir. Biz arzu edirik ki, bu ramazan ayı vaxtında aldığınız xeyr-dualar bütün il ərzində sizinlə olsun.

XS
SM
MD
LG