Accessibility links

Iraq lideri xalqını BMT müfəttişlərilə əməkdaşlığa çağırıb - 2002-12-05


İraq prezidenti Səddam Hüseyn İraq xalqını BMT-nin müfəttişlərilə əməkdaşlıq etməyə çağırıb. İraq lideri bu bəyanatla Ramazan ayının bitməsi münasibətilə ölkənin yüksək səviyyəli rəsmi nümayəndələrilə görüşdə çıxış edib.

Səddam Hüsyen bildirib ki, İraqlılar müfəttişlərə İraqın kütləvi qırğın silahlarına malik olmadığını göstərməyə can atırlar. İraq prezidentinin televiziya ilə yayımlanan çıxışı BMT-nin müfəttişləri keçən həftə yoxlanışa yenidən başladıqları vaxtdan onun təftişlə əlaqədar ilk açıqlamasıdır. Qeyd edək ki, Ramazan ayının bitməsi münasibətilə bayrama görə BMT müfəttişləri iki günlük fasilə e’lan etmişlər. Müfəttişlər həm İraq, həm də Amerika Birləşmiş Ştatları tərəfindən tənqidlərə mə’ruz qalmışlar. Dünən İraqın vitse prezidenti Taha Yasin Ramazan Bağdada səfər edən bir qrup Misirli ilə görüşündə müfəttişləri kəskin tənqid etmişdir. O, müfəttişlərin Amerikanın və İsrailin kəşfiyyat orqnlarının casusları olduğunu demişdir. İrqın vitse prezidenti bildirmişdir ki, müfəttişələrin işi İraqa qarşı müharibəyə təhrik etmək üçün mə’lumat verməkdir. İraq liderlərinin bu açıqlamaları dekabrın 8-i kimyəvi, bioloji və nüvə silahları, habelə silah porqramları haqda tam hesabatın verilməsi üçün İraq qarşısında qoyulan vaxtdan öncəyə təsadüf edir. BMT və Birləşmiş Ştatların rəsmi nümayəndələri hesabat hazırlanandan sonra təftişin daha da genişlənəcəyini gözlədiklərini bildirirlər.

XS
SM
MD
LG