Accessibility links

ABŞ-da kəşfiyyat xidmətləri gücləndiriləcək - 2002-12-08


Birləşmiş Ştatların konqresinin birgə komitəsi bu həftə kəşfiyyat xidmətlərinin gücləndirilməsini təklif edən planı səsə qoymalıdır. Sənəd kəşfiyyat fəaliyyətlərinə nəzarət edəcək bir kabinet səviyyəli vəzifə tə’yin edilməsini təklif edir. Bu vəzifəyə seçilən şəxs Mərkəzi Kəşfiyya İdarəsi direktorundan daha yüksək rütbəyə malik olacaq. Komitə bundan əlavə, Federal Təhqiqat Bürosuna tabe olmayan yerli kəşfiyyat və əks-terror ofisinin yaradılmasını da təklif edir. “Nyu York Taymz” qəzetinin mə’lumatında deyilir ki, bu layihədə sentyabrın 11-i hadisələri ilə bağlı heç bir şəxsi günahlandırılmır, burada Mərkəzi Kəşfiyya İdarəsi və Federal Təhqiqat Bürosunun təşkilatçılıq problemləri diqqətə yetirilir.

XS
SM
MD
LG