İraqın yüksək səviyyəli hərbi nümayəndəsi general-leytenant Hüsam Məhəmməd Əmin İraqın Əl-Qaidə ilə əlaqəsi olan islamçı ekstremisləri əsəb qazı ilə tə’min etməsi haqda nəşr olunmuş mə’lumatları təkzib etmişdir. General-leytenant Əmin bu mə’lumatları “gülünc” adlandıraraq demişdir ki, Buş administrasiyası İraqın qadağan olunmuş silahlara malik olmadığını bilir. Qeyd edək ki, əsəb qazının islamçı ekstremistlərin əlinə keçməsi haqda mə’lumatlar bu gün “Vaşinqton Post” qəzetində dərc olunmuşdur. “Vaşinqton post” qəzetinin yazdığına görə, Birləşmiş Ştatların rəsmi nümayəndələri tərkibində V-X əsəb qazının olduğu silahın xüsusi agent vasitəsilə Türkiyə ərazisindən keçirildiyini düşünürlər. Gəzetin bildirdiyinə görə, rəsmi nümayəndələr informasiyanın alındığı mənbənin gizli olduğunu demişlər və bu informasiyanın həqiqətə uyğun olduğuna inanırlar. Mə’lumat həqiqətən də doğrudursa, bu, Əl-Qaidə və ya onunla əlaqəsi olan terrorçu qrupun sianiddən başqa, daha bir kimyəvi silaha malik olduğuna dair ilk dəlil olacaq. “Vaşinqton Post” qəzetinin mə’lumatında deyilir ki, Birləşmiş Ştatların rəsmi nümayəndələri əsəb qazının işlədilə biləcəyini ehtimal edirdilər və ondan Avropa, ya da Amerikanın hansısa bir hissəsində istifadə ediləcəyindən narahatdırlar. Birləşmiş Ştatların daxili təhlsükəzilik agentliyini direktoru Tom Ric isə Əl-Qaidənin kimyəvi silahlara malik olması haqda hələlik konkret dəlilin olmadığını bildirmişdir.