Accessibility links

Suriya prezidenti Britaniya səfərinə hazırlaşır - 2002-12-13


Suriya prezidenti Bəşar Əl Əssəd Fələstinlilərin İsraillilərə qarşı hücumlarını müdafiə edərək demişdir ki, Amerikanın başçılığı ilə İraqa hücum islam terrorizminin artmasına yol aça bilər. Cənab Əssəd bu söləri gələn həftə çıxacağı London səfri ərəfəsində “London Taymz” qəzetinə bildirmişdir. Prezident Əssəd qəzetə bildirmişdir ki, fələstinlilərin kamikadze hücumlarına bəraət qazandırmaq olar. Çünki bu, onların İsrailin baş naziri Ariyel Şaronun terrorizminə reaksiyasıdır. Cənab Əssəd prezident Buşun Yaxın Şərq sülh təkliflərini tənqid edərək, onun İsrailin tərəfini saxladğına şübhə olmadığını demişdir. İraq məsələsinə gəldikdə isə Suriya prezidenti Amerikanın başçılıq edə biləcəyi müharibənin Yaxın Şərqdə hərc-mərcliyə yol açacağını və onun sözləri ilə ilə deyilsə, terrorizmə gübrələnmiş torpaq olacağını demişdir. Qeyd edək ki, bazar ertəsi Suriya prezidenti Əssəd Londonda Britaniyanın baş naziri Toni Bleyerlə görüşüb, Yaxın Şərq münaqişəsinin nizamlanması və İraq məsələsini müzakirə etməlidir. Londonun bir neçə yahudi təşkilatı baş nazirin ofisi qarşısında piket keçirməyi planlaşdırır. Britaniyanın Dəməşqdəki səfiri Henri Hogger Təhlükəsizlik Şurasının yeganə ərəb üzvü Suriyanın dəstəyini alqışlamışdır. Onu da qeyd edək ki, prezident Əssəd cənab Bleyerdən başqa Kraliça Elizaveta, prins Çarlz və parlamentin xarici əlaqələr üzrə yüksək səlahiyyətli nümayəndələri ilə də görüşəcək.

XS
SM
MD
LG