Beynəlxalq Atom Elektrik Agentliyi İranın nüvə istehsalı sahələrindən xəbərdar olduğununu bildirmişdir. Qeyd edək ki, Birləşmiş Ştatların rəsmi nümayəndələri həmin sahələrdən nüvə silahlarının istehsalı üçün istifadə ediləcəyini bildirirlər.Beynəlxalq Atom Elektrik Agentliyinin baş direktoru Məhəmməd Elbaradei gələn ilin əvvəllərində texniki ekspertlərin müşayiəti ilə İrana səfər edib, yeni nüvə sahələrinin mahiyyətini aşkar etməyə çalışacağını demişdir. Rəsmi nümayəndələr bunun İraqdakı kimi yoxlanış olmadığını bildirsələr də, təftişə ehtiyac olub-olmadığının səfərdən sonra mə’lum olacağını deyirlər. Dünən Amerikanın rəsmi nümayəndələri iki zavodun nüvə yanacağı istehsal edə biləcəyindən narahatlıqlarını bildirmişdilər.İranın hökumət nümayəndəsi bu gün Tehranda demişdir ki, İran heç bir gizli nüvə stansiyasına malik deyil və bütün nüvə fəaliyyətləri qeyri-hərbi mahiyyət daşıyır. Onu da qeyd edək ki, İran agentlik hey’ətinin səfərinə e’tiraz etməmişdir.