Accessibility links

Şimali Koreyanın yük gəmisi Yəmənin Hodeyda limanındadır - 2002-12-14


Skad növlü 15 raket və raket başlığı daşıyan Şimali Koreyanın yük gəmisi mübahisəli yüklə bağlı qətnamənin çıxarılmasından sonra bu gün Yəmənin Hodeyda limanında lövbər salmışdır. Gəminin yükü limanda boşaldılacaq. Şimali Koreyanın yük gəmi bazar ertəsi günü İspaniyanın hərbi gəmisi tərəfindən Ərəbistan dənizində saxlanmış, Amerika dənizçilərinin gəmiyə qalxmasına icazə verilmişdir. Birləşmiş Ştatlar yükün qanuni olduğu və regionda heç bir başqa ölkəyə təhvil verilməyəcəyi haqda Yəməndən qarantiya aldıqdan sonra gəmini ötürmüşdür.

XS
SM
MD
LG