Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfild Şimali Koreyaya hazırda diqqətin İraqa verildiyi vaxtdan istifadə etməmək xəbərdarlığı verərək deyib ki, Amerika eyni zamanda iki yerdə müharibə aparıb qələbə çala bilər. Donald Ramsfild bunları Şimali Koreyanın Yanqbuyon nüvə reaktorunda BMT-nin monitorinq qurğularını çıxarmaq qərarını şərh edərkən bidirib. Müdafiə naziri deyib ki, Pxenyan Vaşinqtonun İraqla məşğul olduğu zaman öz nüvə proqramlarını yenidən başalaya bildiyini fikirləşirsə səhv edir.